AZ

“Qalatasaray” “Fənərbağça”nın istədiyi futbolçu ilə maraqlanır

"Qalatasaray" son mövsümü "Fənərbağça"da başa vuran Milan Şkrinyarla transfer etmək istəyir.

"Sarı-qırmızılar" slovakiyalı müdafiəçi ilə bu ilin yanvarında da maraqlansa da, o, "Fənərbağça"ya transfer olmuşdu.

"Sarı-lacıvərdlilər"də onu birdəfəlik heyətinə qatmağı planlaşdırır.

Şkrinyar müqavilə ilə PSJ-yə məxsusdur. Paris klubu onun üçün 10 milyon avro tələb edir.

Bu keçiddə əsas problem oyunçunun maaşıdır. O, PSJ-dən illik 12 milyon avro məvacib alır.

Hər iki türk nəhəngi bu maaşı ödəməyi düşünmür. O, məvacibində endirimə getməli olacaq. \\Offsideplus.az

Seçilən
155
14
hurriyyet.az

6Mənbələr