Ajans.az xəbər verir ki, “Davamlı və İqlimə Dayanıqlı Gələcək üçün Yeni İqtisadi Əməkdaşlıq Təşkilatının Baxışı” mövzusu altında təşkil olunacaq sammitdə əsasən iqlim dəyişikliyi, ticarət, nəqliyyat şəbəkələri və təşkilatdaxili islahatlar müzakirə olunacaq, üzv ölkələr arasında əməkdaşlığa dair fikir mübadiləsi aparılacaq.

Türkiyə KİV-in məlumatına görə, Ərdoğan sammitdəki çıxışında regional və qlobal məsələlərə toxunacaq, İsrailin Fələstin və İrana hücumlarına qarşı ortaq mövqenin nümayiş etdirilməsinin vacibliyini vurğulayacaq.