AZ

Bu gün üç fəndən MİQ imtahanları keçirilir

Bu gün 2025–2026-cı tədris ili üçün müəllimlərin işə qəbulu üzrə (MİQ) üzrə müsabiqənin test imtahanı mərhələsinin ikinci günüdürş.

Modern.az saytı xəbər verir ki, bu gün namizədlər iki seansda imtahan verəcəklər.

Günün birinci yarısında tariz və coğrafiya fənini, ikinci yarısında isə Azərbaycan dili və ədəbiyyat fənni üzrə test imtahanları keçirləcək.

MİQ imtahanları iyulun 3-10-u aralığında keçirilir.

Müəllimlərin işə qəbulu üzrə müsabiqə elektron ərizədəki göstəricilərin yoxlanılması, test imtahanı, vakant yerlərin seçilməsi və müsahibə olmaqla 4 mərhələdən ibarətdir.

Test imtahanında hər bir namizədə onun ixtisası üzrə ümumi təhsil müəssisələrinin fənn proqramlarına aid 40 sual, tədris metodikası və təlim strategiyalarına aid 20 sual (ümumilikdə 60) təqdim ediləcək.

Test tapşırıqlarının cavablandırılması üçün namizədlərə 150 dəqiqə vaxt verilir.

Bu mərhələdə ixtisas üzrə düzgün cavablandırılan bir sual 2 bal, tədris metodikası və təlim strategiyaları üzrə isə 1 bal olaraq hesablanacaq.

Ümumilikdə cavablara 100 ballıq qiymətləndirmə sistemi tətbiq ediləcək.

Qaydalara əsasən, ixtisas üzrə 1 səhv cavablandırılmış sual - 0,5 bal, tədris metodikası üzrə isə - 0,25 bal şəklində hesablanaraq namizədin imtahan nəticəsindən çıxılacaq.

Test imtahanında ümumtəhsil proqramı üzrə minimun 34 bal və tədris metodikası üzrə minimum 6 bal olmaqla, ümumi 40 bal və daha yüksək nəticə göstərən namizədlər vakant yerlərin seçiminə buraxılır.

Test imtahanı mərhələsində keçid balı toplamış namizədlər 8 vakant yer seçə bilərlər. Namizədlərin vakant yerlərə yerləşdirilməsi onların elektron ərizədə qeyd etdikləri seçim ardıcıllığı gözlənilməklə aparılır.

Seçilən
6
27
modern.az

10Mənbələr