ABŞ prezidenti Donald Tramp Rusiya lideri Vladimir Putinlə söhbətindən sonra Ukrayna ətrafındakı vəziyyətdən narazı olduğunu bildirib..
Poliqon bu barədə TASS agentliyinə istinadən xəbər verir.
Vaşinqton yaxınlığındakı Endryus hərbi bazasında jurnalistlərlə söhbəti zamanı Tramp deyib: "Bizim söhbətimiz oldu. Bu kifayət qədər uzun söhbət zamanı bir çox şeyi, o cümlədən İranı müzakirə etdik. Biz Ukraynadakı münaqişədən də danışdıq, vəziyyətdən razı deyiləm".
ABŞ liderinin sözlərinə görə, münaqişənin həllində irəliləyiş yoxdur.
Poliqon.info