AZ

Kiyev Rusiya ordusu tərəfindən atəşə tutulur

Ukrayna paytaxtı Kiyevə Rusiya ordusu tərəfindən yenidən kütləvi hava hücumları başlayıb.

"Report"un Şərqi Avropa bürosunun məlumatına görə, iyulun 3-ü axşam saatlarında başlayan hava həyəcanı siqnallarının ardınca hazırda paytaxt səmasında hava döyüşləri gedir.

Paytaxtın Salomensk, Svyatoşin, Obolon və Dneprovsk rayonları bir neçə istiqamətdən pilotsuz uçuş aparatlarından və raketlərdən hücuma məruz qalıb.

Ukrayna Hərbi Hava Qüvvələri döyüşçüləri, Milli Qvardiyanın dron əleyhinə pulemyotçuları Rusiya ordusuna məxsus dronları zərərsizləşdirməyə çalışır.

Rusiya Telegram kanalları isə xəbər verir ki, hücum zamanı "Kinjal" hipersəs raketlərindən istifadə olunub.

"Ukrayna paytaxtına hücum zamanı həm də "Geran"lardan (dronlar - red.) istifadə olunub", - deyə paylaşımda qeyd edilib.

Seçilən
14
39
musavat.com

10Mənbələr