Medicina saytından əldə olunan məlumata görə, ain.az məlumat yayır.
İbn-i Sinanın min il əvvəl təklif etdiyi bu təbii resept günəş ləkələri ilə mübarizədə yenidən gündəmdədir.
Medicina.az xəbər verir ki, yay aylarında günəşə məruz qalan dəridə əmələ gələn ləkələr bir çox insanın ümumi probleminə çevrilib. Kimyəvi əsaslı məhsullar yerinə təbii üsullara müraciət edənlər üçün İbn-i Sinanın çoxəsrlik resepti diqqət çəkir. Təbii maddələrlə hazırlanan bu formula həm dərini yeniləyir, həm də günəşin yaratdığı rəng bərabərsizliyini azaltmağa kömək edir.

İbn-i Sinanın təklif etdiyi qarışımda bal, qatıq və limon kimi evdə asanlıqla tapıla bilən qidalar var. Dəriyə mütəmadi olaraq tətbiq olunduqda, ləkələrin görünən şəkildə azalması təmin edildiyi bildirilir. Ancaq bu qarışımı tətbiq edərkən günəşə məruz qalmamaq və dəri tipi uyğunluğuna diqqət yetirmək lazımdır.
Bu təbii maska yalnız ləkələrlə deyil, həm də dəri tonuna balanslaşdırıcı təsiri ilə seçilir. Xüsusilə günəşə məruz qaldıqdan sonra yaranan qəhvəyi ləkələri zamanla açmağa kömək etdiyi bildirilir.

Mütəxəssislər bildirirlər ki, bu cür təbii qarışıqlar hər dəri tipi üçün uyğun olmaya bilər. Onlar xəbərdarlıq edirlər ki, limon kimi turşu tərkibli maddələr, xüsusən də həssas dəridə qıcıqlanmaya səbəb ola bilər. İstifadə etməzdən əvvəl kiçik bir sahədə test etmək tövsiyə olunur.
Aygün
Medicina.az
Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.