AZ

Erməniləri dəli edən qərar: Türkiyə...

News24 saytından verilən məlumata əsasən, ain.az məlumatı açıqlayır.

Türkiyə Ermənistanla sərhəddə yerləşən Əlican keçid məntəqəsinin adının Mehmet Tələt Paşanın şərəfinə dəyişdirilməsini təklif edir.

News24.az Publika.az-a istinadla xəbər verir bu barədə Türkiyə mətbuatı məlumat yayıb.

Müvafiq qanun layihəsini parlamentə Türkiyənin “İyi” partiyasının lideri Müsavat Dərvişoğlu təqdim edib. Təşəbbüsü 28 deputat dəstəkləyib.

Layihənin izahatında deyilir ki, adın dəyişdirilməsi “gənc nəsildə tarixi şüurun aşılanması, onlara Türkiyə dövlətinin şərəfli keçmişini və davamlılığını xatırlatmaq” məqsədi daşıyır.

Bu qərar erməniləri dəli edib. Millətçi ermənilər Tələt Paşanı qondaram “erməni soyqırımı”nın təşkilatçılarından biri hesab edirlər. Tələtə Paşa 1921-ci il martın 15-də Berlində erməni terrorçusu tərəfindən öldürülüb.

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Seçilən
3
50
news24.az

10Mənbələr