AZ

“Melissa Group”un vətəndaşın başına uçurduğu ev söküldü - Foto

Bakının Yasamal rayonu, Birinci Alatava massivi Abdulvahab Salamzadə küçəsi, 118B ünvanında yerləşən qalmaqallı mülk sökülüb.

Yenisabah.az APA-ya istinadla xəbər verir ki, "Melissa Group" və mülkün sahibi arasında kompensasiya məbləği ilə bağlı razılıq əldə olunub.

Kompensasiya ödənilib və mülkün sökülməsi prosesi başa çatıb. pizza mizza

Xatırladaq ki, hadisə martın 27-də baş verib. "Melissa Group" tikinti şirkətinin sürücüsü Qala Seymur oğlu Eynullayev idarə etdiyi ekskavatorla Həbib Hacıyevə məxsus evin şüşələrini sındırıb və mülkü sökmək istəyib. Bu zaman evdə adamlar olublar. Görüntülər sosial şəbəkədə yayıldıqdan sonra hadisəni törədən şirkət haqqında cinayət işi açılıb və Q.Eynullayev saxlanılıb.

Daha sonra hadisə ilə bağlı "Melissa Group" tikinti şirkətinin rəhbəri Qalib Məmmədov tutulub. Xətai Rayon Məhkəməsi onların hər ikisi barədə həbs qətimkan tədbiri seçib.

Bakının Yasamal rayonunun Alatava ərazisində söküntü işləri aparan tikinti şirkətinin iş icraçısı və ekskavator sürücüsü saxlanılıb. Mayın 14-də Qalib Məmmədov ev dustaqlığına buraxılsa da, traktor sürücüsü hələ həbsdədir.


Telegram kanalımız
Seçilən
14
45
yenisabah.az

10Mənbələr