AZ

Qiyamət təriqəti ifşa edildi - “Məsih” həbs edildi

Rusiyada özünü “Məsih” elan edən dini təriqət lideri Sergey Torop – tanınan adı ilə Vissarion – 12 il müddətinə azadlıqdan məhrum edilib. Məhkəmə qərarına əsasən, o, təriqət üzvlərinə qarşı fiziki və psixoloji zorakılıq tətbiq edib, onların həyatına nəzarət etməklə insan haqlarını pozub.

Yenisabah.az xəbər verir ki, NTV-nin məlumatına görə, Vissarion uzun illərdir “Sonuncu Əhd” adlı dini hərəkatın başçısı idi. O, özünü İsa peyğəmbərin reenkarnasiyası (yenidən dünyaya gəlmiş forması) kimi təqdim edərək minlərlə insanı ətrafına toplayıb və Sibirdə qapalı icma qurub.

İttihamlara görə, təriqət daxilində ciddi nəzarət rejimi mövcud olub, üzvlər ailələrindən təcrid edilərək Vissariona tabe olmağa məcbur ediliblər. Hətta bəzi şəxslər təzyiq altında əmlaklarını liderə bağışlayıblar. Sezar pizza

Rusiya istintaq orqanları tərəfindən aparılan araşdırmalardan sonra Vissarion və iki yaxın tərəfdarı həbs olunub. Məhkəmə hökmü ilə o, “insanlara qarşı zorakılıq və dini ekstremizm” maddələri ilə cəzalandırılıb.

Rəvan Rzazadə


Telegram kanalımız
Seçilən
21
45
yenisabah.az

10Mənbələr