AZ

İzmirdə meşə yanğını zamanı bir nəfər ölüb

İzmirin Ödemiş rayonunda baş verən meşə yanğınının söndürülməsi zamanı faciə yaşanıb.

News365.az xəbər verir ki, Türkiyə Kənd Təsərrüfatı və Meşəçilik naziri İbrahim Yumaklı yanğınla mübarizə aparan meşə işçisi İbrahim Dəmirin həlak olduğunu açıqlayıb.

Nazirin sözlərinə görə, Dəmir alovların qarşısını almağa çalışarkən həyatını itirib. 

Hadisə ilə bağlı araşdırma aparılır. 


Seçilən
16
12
news365.az

10Mənbələr