Ötən gündən İzmirin Çeşme rayonunda meşə yanğınları başlayıb.
Referans “Anadolu” agentliyinə istinadən xəbər verir ki, əkinçilik sahəsində başlayan yanğın meşəyə keçib və ehtiyat tədbiri olaraq 3 məhəllə boşaldılıb.
Küləklə ətrafa yayılan alov İzmir-Çeşmə avtomobil yoluna çatdığı üçün yol hər iki istiqamətdə bağlanıb.
Xilasedicilər qrupu yanğına 2 təyyarə və 6 helikopterlə müdaxilə edir.
Sözügedən görüntüləri təqdim edirik: