AZ

Su istehlakına diqqət: Bu mayelərdən uzaq durun

ain.az, News24 saytına istinadən bildirir.

Yay fəslinin gəlişi ilə havalar isinməyə başlayıb və mütəxəssislər su istehlakının vacibliyinə bir daha diqqət çəkib. İnsan bədəninin böyük bir hissəsinin sudan ibarət olduğunu vurğulayan mütəxəssislər gündə 2–2,5 litr su (təxminən 12–14 stəkan) içilməsini tövsiyə edir.

Doç. Dr. Veysel Kıdır bildirib ki, “Yay aylarında su yerinə başqa mayelərin seçilməsi düzgün deyil. Sulu meyvələr maye ehtiyacına müəyyən qədər töhfə versə də, suyun yerini tam anlamı ilə tuta bilməz”.

News24.az bildirir ki, iyun ayının ortalarından etibarən havaların istiləşməsi ilə birlikdə tər ifrazı və bununla yanaşı maye və mineral itkisi də artıb. 

Mütəxəssislər bildirir ki, maye, xüsusilə də su istehlakı bədəndə toksinlərin atılması, orqanizmin funksiyalarının düzgün işləməsi, maddələr mübadiləsinin tarazlığının qorunması və bir çox biokimyəvi proseslərin baş verməsi baxımından son dərəcə əhəmiyyətlidir. Bu səbəbdən gündə ən azı 2–2,5 litr su içmək tövsiyə olunur. Yetərli su içməmək ciddi sağlamlıq problemlərinə səbəb ola bilər.

Süd, ayran, kefir, cəcik və meyvə şirəsi kimi içkilərin suya alternativ ola biləcəyini bildirən Kıdır əlavə edib:

“Sulu meyvələr bədənin maye ehtiyacına dəstək versə də, suyu tam əvəz edə bilməz. Həddindən artıq meyvə istehlakı qan şəkərini yüksəldə və qaraciyərdə piylənməyə səbəb ola bilər. Eyni şəkildə çay, qəhvə, şəkərli və qazlı içkilər də suyun yerini tuta bilməz. Əksinə, çay və qəhvənin sidikqovucu təsiri olduğuna görə bədəndə əlavə maye itkisinə yol aça bilər”.

Dr. Kıdır bildirir ki, orqanizmin susuz qalması halsızlıq, yorğunluq və diqqət dağınıqlığı kimi əlamətlərlə özünü göstərə bilər. Günəş altında uzun müddət qalmaq və kifayət qədər su içməmək bədən temperaturunun artmasına və günvurma hallarına səbəb ola bilər.

“Kəskin baş ağrısı, ürəkbulanma, qusma, şüur bulanıqlığı, təzyiqin enməsi, tər ifrazının azalması kimi əlamətlər müşahidə edilə bilər. Bu halda xəstə dərhal sərin yerə aparılmalı, paltarı çıxarılmalı və bədəni su ilə isladılmalıdır. Əgər xəstə ayıqdırsa, ona su verilməlidir. Amma huşsuz xəstələrə su verilməməlidir – dərhal tibbi yardıma müraciət olunmalıdır”, – deyə Kıdır xəbərdarlıq edib.

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Seçilən
29
29
news24.az

10Mənbələr