Qırmızı dənizdə qazma platformasının batması nəticəsində 4 nəfər həlak olub, 22 nəfər yaralanıb. Avtosfer.az xəbər verir ki, hadisə Misirin Süveyş körfəzi yaxınlığında Cəbəl əz-Zeyt regionunda baş verib. OSOCO şirkətinə məxsus və göyərtəsində 30 nəfər olan “Adam Marine 12” neft qazma qurğusu gözlənilmədən aşıb. İtkin düşənlərin axtarışları davam etdirilir. Hadisənin səbəbi hələ açıqlanmayıb.
- Gecə Modu
- Ana səhifə
- Statistika
- Mənbələr
- Reytinq
- Hava
- Valyuta