Qahirə, 2 iyul, AZƏRTAC
Qırmızı dənizdə qazma platformasının batması nəticəsində 4 nəfər həlak olub, 22 nəfər yaralanıb.
AZƏRTAC xəbər verir ki, hadisə Misirin Süveyş körfəzi yaxınlığında Cəbəl əz-Zeyt regionunda baş verib. OSOCO şirkətinə məxsus və göyərtəsində 30 nəfər olan “Adam Marine 12” neft qazma qurğusu gözlənilmədən aşıb. İtkin düşənlərin axtarışları davam etdirilir.
Hadisənin səbəbi hələ açıqlanmayıb.
Şıxəli Əliyev
AZƏRTAC-ın xüsusi müxbiri
Qahirə