Apa.az saytından verilən məlumata əsasən, ain.az məlumatı açıqlayır.
Gəncədə bədbəxt hadisə baş verib.
APA-nın yerli bürosunun məlumatına görə hadisə şəhərin DOS-6 adlanan yaşayış massivində qeydə alınıb.
Belə ki, sözügedən ünvanda yaşayan 1951-ci il təvəllüdlü V. Rzayev yaşadığı ünvanda hovuzun suyuna baxmaq istəyən zaman huşunu itirib.
Nəticədə 74 yaşlı kişi hovuza düşərək suda boğulub ölüb. Məlumata görə V. Rzayevin ürəyində problemi olub. O bir müddət əvvəl ürəyindən əməliyyat edilibmiş.
Faktla bağlı araşdırma aparılır.
Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.