AZ

“Neftçi” 1 milyonluq hücumçu ilə DANIŞIQLAR APARIR

“Neftçi”nin transfer etmək istədiyi daha bir futbolçunun adına aydınlıq gəlib. 

Bizim.Media xəbər verir ki, söhbət Kiprin AEK klubunun üzvü İmadu Faracdan gedir. 
 

Paytaxt klubu uzun müddətdir ki, futbolçunu izləyir və onun transferi üçün AEK-lə danışıqlara başlayıb. Ancaq “Neftçi” üçün bu transferi başa çatdırmaq o qədər də asan olmayacaq. Yerli mətbuatın yazıdığına görə AEK legionerinə 1 milyon avro qiymət qoyub. 


Hazırda paytaxt təmsilçisinin nümayəndələri transfer haqqının azaldılmasına çalışır.

Rəşad Rafiqoğlu, Bizim.Media

Seçilən
19
39
bizim.media

10Mənbələr