AZ

İsrail ordusu Beyrutun cənubunda "Hizbullah" komandirini ÖLDÜRDÜ

Ajans.az "Əl-Cədid" telekanalına istinadən xəbər verir ki, zərbə nəticəsində "Hizbullah" təşkilatının silahlı qanadının komandirlərindən biri ölüb. Hadisə Halde şəhərətrafı məhəllədə, hərəkətin gediş-gəlişi olan avtomobil yolunda baş verib. Raketin vurduğu avtomobil yanıb. Telekanalın mənbələri iddia edir ki, ölən komandir "Hizbullah" rəhbərliyində İslam İnqilabı Keşikçiləri Korpusunun bir hissəsi olan Qüds xüsusi təyinatlı dəstəsi ilə qarşılıqlı əlaqəyə cavabdeh olub.

İsrail Müdafiə Ordusu silah qaçaqmalçılığına və terror hücumlarının təşkilinə görə məsuliyyət daşıyan şəxsin öldürüldüyünü təsdiqləyib.

Seçilən
4
6
Ajans.az

7Mənbələr