Rusiya və ABŞ prezidentləri Vladimir Putin və Donald Tramp hazırda telefon danışığı aparırlar.
“Qafqazinfo” xəbər verir ki, bunu Rusiya liderinin mətbuat katibi Dmitri Peskov TASS-a bildirib.
“Söhbət davam edir”, - o qeyd edib.
***
Rusiya və ABŞ prezidentləri arasında telefon danışığı başa çatıb.
Bu barədə jurnalistlərə Rusiya prezidentinin köməkçisi Yuri Uşakov məlumat verib:
“Rusiya prezidenti Vladimir Putin və Donald Tramp arasında təxminən bir saat davam edən söhbət indicə başa çatıb”.