AZ

Azərbaycanda xəstələrə bu dərmanlar PULSUZ verilir – SİYAHI

Azərbaycanda pulsuz və ya subsidiyalı dərman təminatı genişmiqyaslıdır, həm xüsusi xəstəliklər, həm də ümumi stasionar müalicə üçün nəzərdə tutulub. Gələcəkdə bu sistemin genişlənməsi də planlaşdırılır.

Məsələn, şəkər xəstələri diabet dərmanlarını – insulin və əlavə preparatları – tamamilə ödənişsiz alırlar. Qanunvericiliyə əsasən, bu dərmanlar üçün elektron resept sistemi yaradılıb və üç gün ərzində aptekdən götürülə bilər.

Bundan əlavə onkoloji xəstəliklər (şiş əleyhinə dərmanlar – 200+ preparat), hemofiliya, talassemiya, xroniki böyrək çatışmazlığı (hemodializ, periton dializ ləvazimatları), vərəm, HIV/QİÇS, dağınıq skleroz, şəkərli diabet, bir sözlə stasionar (xəstəxanada) müalicə alan xəstələrə 166 adda dərman təmin edilir, digər imtiyazlı qruplara isə 99 adda dərman verilir.

Adıçəkilən dərmanlar yalnız dövlət tibb müəssisələrindəki aptek məntəqələrindən ərizə və resept əsasında təmin olunur.

Başqa hansı dərmanlar xəstələrə pulsuz verilir?

İcbari Tibbi Sığorta Agentliyindən (İTSDA) Bizim.Media-nın sorğusuna cavab olaraq bildirilib ki, stasionar müalicə və təcili təxirəsalınmaz tibbi yardım zamanı istifadə olunan dərman vasitələri icbari tibbi sığorta təminatına daxildir. Eyni zamanda xəstəxanada ambulator şəraitdə istifadə edilən dərman vasitələri də icbari tibbi sığorta hesabına qarşılanır.

Məlumat üçün qeyd edək ki, stasionar müalicə və təcili təxirəsalınmaz tibbi yardım zamanı istifadə olunan dərman vasitələri bu qruplar üzrə istifadə edilir:

Ağrıkəsicilər və iltihab əleyhinə dərmanlar

Antihipertenzivlər (qan təzyiqi salanlar)

Ürək-damar sistemi üçün dərmanlar

Antibakteriallar (antibiotiklər)

Antiallergik və anafilaktik şokda istifadə olunanlar

Reanimasiya və təcili müdaxilədə istifadə olunanlar

 Antikonvulsantlar (qıcolma əleyhinə)

İnfuzion məhlullar (damardaxili mayelər)

Antiemetiklər (qusma əleyhinə)

Xəstəxanada ambulator şəraitdə istifadə edilən dərman vasitələri isə  adətən pasiyentin xəstəxanada qalmasına ehtiyac olmadan, gündəlik və ya müəyyən vaxtlarda müayinə və müalicə üçün gəldiyi hallarda tətbiq olunur.

Ambulator şəraitdə geniş istifadə olunan əsas dərman qrupları aşağıdakılardır:

Ağrıkəsicilər və iltihab əleyhinə dərmanlar

Antibiotiklər (oral və iynə şəklində)

Antihipertenziv dərmanlar (qan təzyiqi üçün)

Tənəffüs sistemi üçün dərmanlar

Allergiya və iltihab üçün dərmanlar

Mədə-bağırsaq sistemi üçün dərmanlar

Vitamin və dəstək preparatları

Antidepresantlar və sakitləşdiricilər



Seçilən
24
23
news24.az

10Mənbələr