AZ

ABŞ və İran razılığa gəldi: Bu tarixdə görüşəcəklər

ABŞ-dakı Ağ Evə yaxın mənbələr Vaşinqton və Tehranın gələn həftə Norveçin paytaxtı Osloda nüvə danışıqlarına yenidən başlayacağını iddia edib.

Turkustan.az xəbər verir ki, Axios-a iki mənbənin verdiyi məlumata görə, ABŞ prezidenti Donald Trampın xüsusi nümayəndəsi Steve Witkoff nüvə danışıqlarını yenidən başlamaq üçün gələn həftə İranın xarici işlər naziri Abbas Erakçi ilə Osloda görüşməyi planlaşdırır.

Mənbələr dəqiq tarixin təyin olunmadığını və heç bir ölkənin görüşün keçiriləcəyini hələlik açıq şəkildə təsdiqləmədiyini bildirib.

Mənbələrə görə, Vitkoff və Erakçi İran və İsrail arasında ABŞ-ın vasitəçiliyi ilə atəşkəslə nəticələnən 12 günlük qarşılıqlı hücumlar zamanı və ondan sonra birbaşa təmasda olublar.

İddia edilən görüş baş tutsa, bu, keçən ay İranın nüvə obyektlərinə hücumdan sonra iki ölkə arasında birbaşa danışıqların ilk bərpası olacaq.

Tehran bu həftənin əvvəlində İran parlamentinin qəbul etdiyi və Beynəlxalq Atom Enerjisi Agentliyi (MAQATE) ilə bütün əməkdaşlığı dayandıran yeni qanunu tətbiq etdiyini açıqlayıb.

Erakçi cümə axşamı X hesabından verdiyi açıqlamada İranın Nüvə Silahlarının Yayılmaması Müqaviləsi və Qorunma Müqaviləsinə sadiq qaldığını bildirib.

Aytən Yaşar/ Turkustan.az

Seçilən
9
38
turkustan.az

10Mənbələr