Bakı. Trend:
Bakıda yaşayış binasında yanğın olub.
Trend xəbərverir ki, bu barədə Fövqəladə Hallar Nazirliyi məlumat yayıb.
Bildirilib ki, Bakı şəhərinin Yasamal rayonunda beşmərtəbəliyaşayış binasının 3-cü mərtəbəsində, ümumi sahəsi 32 m² olan 2otaqlı mənzilin 1 otağının və mətbəxinin yanar konstruksiyaları 20m² sahədə yanıb.
Yüksək temperaturdan 4-cü mərtəbədə mənzilin xarici divarınaquraşdırılan kondisioner əriyib.
Yanğın zamanı yanğınsöndürənlər tərəfindən 5 nəfər bina sakinitəhlükəsiz əraziyə təxliyə olunub.
Mənzillərin qalan hissəsi yanğından mühafizə olunub.
Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.