AZ

Bakıda yük avtomobili yanıb

Bakı şəhərinin Sabunçu rayonunda yük avtomobili yanıb.

Fövqəladə Hallar Nazirliyindən Moderator.az-a verilən məlumata görə, Bakı şəhərinin Sabunçu rayonunda “Qazel” markalı yük avtomobilinin salonu və idarəetmə lövhəsi yanıb. Avtomobilin qalan hissəsi yanğından mühafizə olunub.

Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

Seçilən
9
50
moderator.az

10Mənbələr