AZ

“Araz Naxçıvan”ın Konfrans Liqası oyununa təyinatlar

ain.az, futbolpress-az portalına istinadən məlumatı açıqlayır.

“Araz-Naxçıvan”ın UEFA Konfrans Liqasının II təsnifat mərhələsində “Aris”ə (Yunanıstan) qarşı keçirəcəyi matçların hakimləri açılanıb.

Futbolpress.az xəbər verir ki, komandalar arasında Bakıda baş tutacaq oyunu Rumıniyadan olan hakimlər briqadası idarə edəcək. Baş hakim Andrey Çivulete olacaq. Ona yan xətt hakimləri Mirça Mihail Qriqori və Andrey Qabriel Konstantinesku yardım edəcəklər. Dördüncü hakim funksiyasını Radu Petresku yerinə yetirəcək.

Salonikidə baş tutacaq görüşü isə Şotlandiyadan olan hakimlər briqadası idarə edəcək. Baş hakim David Dikinson olacaq. Ona yan xətt hakimləri Frensis Konnor və Conatan Bell olacaqlar. Dördüncü hakim funksiyasını Rayan Li yerinə yetirəcək.

“Araz-Naxçıvan”la “Aris” arasında ilk görüş iyulun 24-də Bakıda, cavab matçı isə 31-də Salonikidə baş tutacaq.

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Seçilən
9
32
futbolpress.az

10Mənbələr