Azpolitika.az portalından əldə olunan məlumata əsasən, ain.az xəbər verir.
Rusiyanın neft və qazdan əldə etdiyi gəlirlər 2024-cü ilin iyun ayında ötən ilin eyni dövrü ilə müqayisədə 33,7% azalaraq 494,8 milyard rubla (təxminən 6,29 milyard dollar) düşüb.
"AzPolitika" xarici KİV-ə istinadla xəbər verir ki, bu, yanvar 2023-dən bəri ən aşağı aylıq göstəricidir.
Qeyd olunur ki, neft və qaz gəlirləri uzun illərdir Kremlin federal büdcəsinin əsas gəlir mənbələrindən biri olub və ümumi gəlirlərin təxminən dörddə birini təşkil edir. Lakin həm illik müqayisədə kəskin azalma, həm də may ayı ilə müqayisədə 3,5%-lik geriləmə Rusiyanın enerji sektorundakı tənəzzül tendensiyasını göstərir.
Məlumata görə, 2024-cü ilin ilk yarısında neft-qaz gəlirləri ötən ilin eyni dövrü ilə müqayisədə 17%-ə yaxın azalaraq 4,73 trilyon rubl səviyyəsində olub.
Qeyd olunur ki, bu azalma Rusiya üçün ciddi iqtisadi çətinliklər yaradır, çünki ölkə Ukraynaya qarşı başladığı müharibədən sonra müdafiə və təhlükəsizlik xərclərini kəskin artırıb.
"AzPolitika.info"
Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.