AZ

Rusiya XİN Düşmən axtarır: Moskva ilə Bakı arasında nifaq salmaq istəyirlər

Bizimyol portalından əldə olunan məlumata əsasən, ain.az xəbər verir.

"Rusiya müəyyən qüvvələrin Moskva ilə Bakı arasında münasibətlərə nifaq salmaq cəhdlərini görür."

Bizimyol.info xəbər verir ki, bunu Rusiya Xarici İşlər Nazirliyinin MDB ölkələri üzrə 4-cü departamentinin direktor müavini Dmitri Masyuk deyib.

"Biz müəyyən qüvvələrin Bakı ilə münasibətlərimizdə nifaq salmaq üçün fəal səylərini müşahidə edirik. Rusiya tərəfi münasibətlərə dəyən zərəri neytrallaşdırmaq məqsədilə ardıcıl şəkildə öz prinsipial mövqeyini Azərbaycana çatdırır", – deyə o bildirib.

Qeyd edək ki, Azərbaycan vətəndaşları nə təbii fəlakət, nə də hər hansı qəza nəticəsində həlak olmayıblar. Onlar məhz Rusiya hüquq-mühafizə orqanlarının təşkil etdiyi basqın zamanı, Rusiya dövləti adından poqon daşıyan şəxslər tərəfindən evlərində hücuma məruz qalaraq həyatlarını itiriblər. Masyuk isə hansısa "prinsipial yanaşmalar"dan danışır.

Hətta o, AZAL-la bağlı məsələni də bu gün baş verənlərlə əlaqələndirərək, arada hansısa "düşmən" axtarmağa çalışıb. Halbuki bu hadisələrdə yeganə uyğunluq – onların Rusiya dövləti adından vəzifə daşıyan şəxslər tərəfindən törədilməsidir.

Rusiya 2019-cu ildə hərbi təyyarəmizi, 2024-cü ildə isə mülki təyyarəmizi vuranda da Azərbaycandan rəsmi üzr istəmədi. Görünür, bu hadisələrlə bağlı da hər hansı üzr və ya məsuliyyət planlaşdırılmır. Ona görə də bu hadisəni adi bir kriminal olay səviyyəsinə endirməyə çalışırlar.

Rusiyada ya vəziyyət o yerdədir ki, hökumət güc strukturlarına nəzarət edə bilmir ki, bu çox da inandırıcı görünmür, ya da kənardan düşmən axtarışı ilə verdikləri vəhşilik törətmək qərarına haqq qazandımağa çalışırlar. Yəni səsləndirilən bəyanatlarda, üzrü qəbahətindən betərdir.

Qadir, Bizimyol.info

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Seçilən
21
50
bizimyol.info

10Mənbələr