AZ

Meyvəlidə idarəetməni itirən sürücü samanla dolu yük maşınını aşırdı VİDEO

ain.az, Avtosfer portalına istinadən məlumatı açıqlayır.

Paytaxtın Qaradağ rayonu, Lökbatan-Xocasən ərazisində (Meyvəli bazarının yaxınlığı) yol qəzası qeydə alınıb.

Avtosfer.az-ın məlumatına görə, hadisə iyulun 3-də gecə saatlarında qeydə alınıb. Belə ki, hərəkətdə olan 99-CP-891 dövlət nömrə nişanlı “KamAZ” markalı yük maşını qəzaya düşüb. Şahidlərin iddiasına əsasən, qəzaya səbəb sürücünün anidən idarəetməni itirməsi olub. Nəticədə samanla dolu yük maşını yoldan çıxaraq aşıb. Xoşbəxtlikdən sürücü xəsarət almasa da nəqliyyat vasitəsinə ciddi maddi zərər dəyib.

Qeyd edək ki, faktla bağlı araşdırma davam edir. 

Nərmin

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Seçilən
12
50
avtosfer.az

10Mənbələr