AZ

Vaşinqton Ukraynanı Rusiyaya verir? VİDEO

ain.az, Azvision portalına istinadən məlumat yayır.

AzVision.az xəbər verir ki, Ali Radanın deputatı Maryana Bezuqlaya öz Telegram kanalında Vaşinqtondan Kiyevə hərbi yardımın dayandırılmasını şərh edərkən belə deyib. “Yeni administrasiyanın gəlişi ilə Amerika bizi Rusiyaya təslim etmək qərarına gəldi. Bu baxımdan, 2025-ci il Ukrayna üçün son dərəcə çətin bir il olacaq”, - ukraynalı deputat vurğulayıb.

WSJ: “Vaşinqton Kiyevə “sarsıdıcı zərbə” endirib” | VİDEO

Bundan əvvəl jurnalist Aleks Xristoforu Ukraynadakı müharibənin Rusiyanın qələbəsi ilə başa çatacağının qaçılmaz olduğunu bildirmişdi. Onun sözlərinə görə, Rusiya Dneprə çatdıqdan sonra Ukrayna suveren və iqtisadi cəhətdən güclü dövlət kimi mövcudluğunu dayandıracaq. Ukrayna prezidentinin ofisi rəhbərinin keçmiş müşaviri Aleksey Arestoviç isə ukraynalıları Kiyev rejiminin “kannibalçı (adamyeyən) təcrübələrində” iştirak etməməyə və “sistemi dəstəkləməməyə” çağırıb. Xatırladaq ki, iyulun 2-də Ağ Evin mətbuat katibinin müavini Anna Kelli Vaşinqtonun Ukraynaya silah, o cümlədən hava hücumundan müdafiə (HHM) raketləri və dəqiq idarəolunan hərbi sursatların təhvil verilməsini müvəqqəti olaraq dayandırdığı barədə “NBC News” telekanalının yaydığı məlumatı təsdqiləyib. Sahil İsgəndərov

AzVision.az

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Seçilən
0
27
azvision.az

10Mənbələr