AZ

Müğənni İzmir yanğınında alovların içində qaldı

News24 saytına istinadən ain.az xəbər verir.

İzmirin Çeşmə rayonunda bir neçə gün əvvəl baş verən meşə yanğını böyük təhlükəyə səbəb olub. 

News24.az bildirir ki, tanınmış müğənni Yaşar İpek, yanğının tam ortasında qaldığı anları sosial media hesabında izləyiciləri ilə bölüşüb.

Hazırda ölkənin bir çox bölgəsində təsirini göstərməyə davam edən alovlar, Çeşmədə də ciddi təhlükə yaradıb. Yanğına müdaxilə üçün əraziyə çoxsaylı yanğınsöndürmə briqadası göndərilib, sakinlər isə böyük təşviş yaşayıb.

Müğənni Yaşar İpek yanğın zamanı həmin ərazidə olub və yaşadığı qorxulu anları telefonla lentə alaraq paylaşıb. Sosial media paylaşımında “Az qala alovların arasında qalırdıq” deyə qeyd edib.

Rəsmi məlumatlara görə, yanğın artıq nəzarət altına alınıb və soyutma işləri davam edir. Hadisə ilə bağlı araşdırmalara başlanılıb, yanğının çıxış səbəbi müəyyənləşdirilməyə çalışılır.

Nazlı

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Seçilən
9
16
news24.az

10Mənbələr