Bu gün səhər saatlarında Antalyanın Muratpaşa rayonunda səbəbi hələ müəyyən edilməyən meşə yanğını başlayıb.
BAKU.WS Türkiyə KİV-ə istinadən xəbər verir ki, yanğınla havadan və qurudan mübarizə aparılır.
Bildirilib ki, meşə yanğınları bu gün Bakı vaxtı ilə saat 10:30-da Ermenek məhəlləsindəki meşədə baş verib. Hazırda yanğının yaxınlıqdakı evlərə keçmə təhlükəsi var. Bundan başqa rayonun Lara bölgəsində də yanğınlar müşahidə edilir.
Qeyd edək ki, ötən il də eyni ərazidə yanğın 2 gün davam etmişdi.