EN

Antalyada meşə yanğınları başladı

Bu gün səhər saatlarında Antalyanın Muratpaşa rayonunda səbəbi hələ müəyyən edilməyən meşə yanğını başlayıb.

BAKU.WS Türkiyə KİV-ə istinadən xəbər verir ki, yanğınla havadan və qurudan mübarizə aparılır. 

Bildirilib ki, meşə yanğınları bu gün Bakı vaxtı ilə saat 10:30-da Ermenek məhəlləsindəki meşədə baş verib. Hazırda yanğının  yaxınlıqdakı evlərə keçmə təhlükəsi var. Bundan başqa rayonun Lara bölgəsində də yanğınlar müşahidə edilir.

Qeyd edək ki, ötən il də eyni ərazidə yanğın 2 gün davam etmişdi.

Chosen
13
42
far.az

10Sources