AZ

Hava limanları uçuşların 40%-ni ləğv edə bilər

Fransada aviadispetçerlərin iki həmkarlar ittifaqı iş şəraitinin yaxşılaşdırılması tələbi ilə iyulun 3-də və 4-də işçiləri tətilə çağırıb. Bu, Fransada hava hərəkətini ciddi şəkildə pozmaq təhlükəsi yaradır.

Avtosfer.az xəbər verir ki, bu barədə "Le Parisien" məlumat yayıb.

Məlumata görə, aşağıbüdcəli reyslərin təmərküzləşdiyi Bovenin hava limanlarında uçuşların 25%-i artıq ləğv olunub.

Nitsa, Bastiya və Kalvidə uçuşların yarısı, Lion və Marseldə isə üçdəbiri ləğv edilib.

İyulun 4-də isə vəziyyət daha da gərginləşə bilər. Çünki DGAC (Mülki Aviasiya Baş İdarəsi) Paris və Bovedə uçuşların 40%-ni ləğv etmək göstərişi verib.

Seçilən
33
50
avtosfer.az

10Mənbələr