Ukrayna ötən gecə Rusiyanın regionlarına növbəti hücumu həyata keçirib.
Publika.az xəbər verir ki, Rusiya Müdafiə Nazirliyinin məlumatına görə, Moskva vilayəti də vurulub. Moskvada 8 pilotsuz uçan aparat məhv edilib.
SHOT Telegram kanalının məlumatına görə, Sergiev Posad və Krasnozavodsk sakinləri uçan PUA-ların səslərini eşidiblər. Bundan sonra bir neçə partlayış səsi gəlib.
Şahidlər təyyarə tipli dronların aşağı hündürlükdə uçduğunu qeyd ediblər. Müəssisələrdən birinin ərazisində təxminən on partlayışın baş verdiyi bildirilir.