AZ

Moskva ilə Peterburq arasında hava əlaqəsi iflic oldu

Moskva ilə Sankt-Peterburq arasında hava əlaqəsi iflic olub.

 

Sfera.az xəbər verir ki, bu barədə Rusiya Turoperatorları Assosiasiyası məlumat yayıb.

 

Məlumata əsasən, günortaya planlaşdırılan 52 reysdən 30-u ləğv edilib, 9-u isə gecikib.

 

Qurumdan bildirilib ki, Sankt-Peterburqdan Moskvaya gedən qatarlara biletlər tamamilə satılıb.

 

Assosiasiya iyulun 5-də uçuşların təxirə salınması və ləğv edilməsinin ən azı 75 min sərnişinin planlarına təsir etdiyini qeyd edib.

Seçilən
5
50
sfera.az

10Mənbələr