AZ

Polşa nədən ehtiyatlanır? VİDEO

ain.az, Azvision saytına istinadən bildirir.

AzVision.az “TASS” agentliyinə istinadən xəbər verir ki, Polşanın Müdafiə nzairi Ukraynada prezident seçkilərində rusiyayönlü namizədin qələbəsini Varşava üçün ən pis ssenari kimi qiymətləndirib. “Ukrayna cəmiyyətində əhval-ruhiyyənin Varşava və Vaşinqtona istiqamətdən Moskvaya doğru dəyişməsi hipotetik ssenaridir, lakin çox təhlükəlidir. Bu baxımdan, Polşanın yeni seçilmiş prezidenti Karol Navrotskinin də Ukrayna ilə bağlı fikirlərini dəyişəcəyinə ümid edirəm”, - Vladislaw Kosinyak-Kamış bildirib.

WSJ: “Vaşinqton Kiyevə “sarsıdıcı zərbə” endirib” | VİDEO

Bundan əvvəl polşalı nazir ABŞ-nin Ukraynaya hərbi yardımı dayandırmaq qərarından təəssüfləndiyini söyləyib. Onun sözlərinə görə, hadisələrin belə inkişafı Polşa üçün yaxşı xəbər deyil. Vladislaw Kosinyak-Kamış, eyni zamanda, avropalıların Ukraynaya kömək etmək üçün lazımi səyləri göstərdiklərini vurğulayıb. Xatırladaq ki, iyulun 2-də Ağ Evin mətbuat katibinin müavini Anna Kelli Vaşinqtonun Ukraynaya silah, o cümlədən hava hücumundan müdafiə (HHM) raketləri və dəqiq idarəolunan hərbi sursatların təhvil verilməsini müvəqqəti olaraq dayandırdığı barədə “NBC News” telekanalının yaydığı məlumatı təsdqiləyib. Sahil İsgəndərov

AzVision.az

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Seçilən
5
26
azvision.az

10Mənbələr