ain.az, Olke.az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.
AFFA-nın Uşaq və Gənclər üzrə Yarışların təşkili şöbəsinin baş mütəxəssisi Zümrüd Ağayeva UEFA-dan yeni təyinat alıb.
Ölkə.az xəbər verir ki, o, Çempionlar Liqasının I təsnifat mərhələsində Belarusun “Dinamo-Minsk” və Bolqarıstanın “Ludoqorets” komandaları arasında keçiriləcək cavab oyununun UEFA nümayəndəsi olacaq.
İyulun 16-da Macarıstanın Mezököveşd şəhərində oynanılacaq qarşılaşma Bakı vaxtı ilə saat 22:45-də başlayacaq.
Qeyd edək ki, komandaların ilk oyunu iyulun 9-da Bolqarıstanda keçiriləcək.
Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.