Bakı. Trend:
Beynəlxalq dərəcəli hakim-inspektor Babək Quliyev UEFA-dan yenitəyinat alıb.
Trend xəbərverir ki, o, Konfrans Liqasının II təsnifat mərhələsində Serbiyada“Novi Pazar” və Polşanın “Yagelloniya” komandaları arasındakeçiriləcək ilk oyunun hakim-inspektoru olacaq.
İyulun 24-də “Qradski” stadionunda təşkil olunacaq qarşılaşmaBakı vaxtı ilə saat 21:00-da başlayacaq.
Qeyd edək ki, komandalar arasında cavab matçı iyulun 31-dəkeçiriləcək.