AZ

Naxçıvanda məktəb direktoru yük avtomobilinin altında qalaraq ölüb

Naxçıvanda məktəb direktoru faciəvi şəkildə ölüb.

APA-nın Naxçıvan bürosu xəbər verir ki, hadisə Ordubad rayonunun Nürgüt kəndində baş verir.

Bu gün səhər saatlarında ot sahəsinə gedərkən Kəlbəcər rayonu Susuzluq kənd sakini, 1985-ci il təvəllüdlü Yusibov Adim Adıgözəl oğlu yük avtomobilinin altında qalıb.

O, təcili-tibbi yardım avtomobili ilə Naxçıvan Muxtar Respublika Xəstəxanasına çatdırılsa da, həyatını xilas etmək mümkün olmayıb.

Qeyd edək ki, 2013-cü ildən Nürgüt kəndində yaşayan A.Yusibov Ələhi kənd orta məktəbinin direktoru imiş.

Seçilən
3
49
apa.az

10Mənbələr