AZ

Sənətini ailə həyatına qurban verən AZƏRBAYCANLI MƏŞHURLAR

Hər bir sahədə tanınmaq və uğur qazanmaq güclü əzm, iradə və çalışqanlıq tələb edir. Elə şou-biznes sahəsi də belədir. Burada heç də hamı birdən-birə məşhur olmur. Bunun üçün illərlə əziyyət çəkir, kliplər təqdim edir, solo konsertlər verir. Sonda isə istədiyi məşhurluq zirvəsinə çatır. Bu gün məşhur olan şou əhlinin böyük bir qismi bu əziyyətlərdən keçib gələn sənətçilərdir. Lakin elə müğənnilər də var ki, onlar öz sənətlərini ailə həyatına qurban verirlər, özü də məşhurluğun ən pik dövründə... Bəzən isə illər sonra sənətə qayıdırlar. Sənət aləmində belə bir neçə müğənninin adını çəkmək olar. 

Bu dəfə BAKU.WS sənətini ailə həyatına qurban verən məşhurlarən siyahısını təqdim edir:

Müğənni İradə İbrahimova

Müğənni İradə İbrahimova məşhurluğunun ən pik dövründə ailə həyatı qurdu. O 2009-cu ildə türkiyəli iş adamı Ceyhun İzerlə evləndi. Ard-arda kliplər çəkdirən və hit mahnılar təqdim edən İbrahimova sənəti bir göz qırpımında tərk etdi. O illərlə Türkiyədə yaşadı. İnstaqramdan aktiv istifadə edən İbrahimova ailəsi ilə bağlı paylaşımlar edirdi. O uzun illərdən sonra artıq sənətə qayıtmaq qərarına gəldi. İfaçı son bir neçə aydır ki, verilişlərə çıxır və keçmiş mahnılarını yeni versiyalarda səsləndirir. Onun iki övladı var.

Xalq artisti Zülfiyyə Xanbabayeva

Zülfiyyə Xanbabayeva illər əvvəl ailə qurduqdan sonra bir müddət sənətdən uzaqlaşdı. O xeyli müddət ailəsi ilə Türkiyədə yaşadı. Lakin o müəyyən fasilədən sonra yenidən sənətə qayıtdı. Hazırda Xanbabayeva yeni mahnılar və yeni kliplər təqdim edir. Daha çox elit məclislərdə yer alaraq öz histlərini səsləndirir. İfaçı "Simurq" futbol klubunun eks-prezidenti Zaur Məmmədovla evlidir. Onların bu nikahdan Dəniz adlı bir qız övladı var. 

Müğənni Safura Əlizadə

"Avroviziya 2010" yarışmasında 5-ci yeri tutan ifaçının məşhurluğunu uzun müddət davam etdirmədi.  O bir neçə il sonra mərhum Energetika naziri Natiq Əliyevin oğlu Fərhad Əliyevlə ailə qurdu. Sənətçi evləndikdən sonra sənətdən uzaqlaşdı. O daha çox sosial şəbəkə paylaşımları ilə diqqət çəkirdi. Bir müddət əvvəl Safura sənətə qayıtmaq istədi. İfaçı mahnı təqdim edib, klip çəkdirdi. Lakin yenidən sənətdən uzaqlaşdı. O ötən il özünün lüks çanta brendini yaratdı. Sənətçinin övladı var.

Müğənni Sevinc Ağaşirinova

Sevinc Ağaşirinova illər əvvəl ilanla çəkdirdiyi klipi ilə şou-biznesə giriş etdi. Lakin o da digər həmkarları kimi karyerasını uzun müddət davam etdirə bilmədi. İfaçı ikinci dəfə ailə həyatı qurduqdan sonra sənətdən tamamilə uzaqlaşdı. O hərdən bir televiziya kanallarında görünür. O 10 ildən çoxdur Türkiyənin İstanbul şəhərində yaşayır. 

Müğənni Kəmalə Qaramollayeva

Kəmalə Qaramollayeva da ailə quraraq sənətdən uzaqlaşan məşhurlardandır. O sənətə yeni gələn vaxtlar karyerasını yarımçıq qoyub evləndi. İfaçı 2013-cü ildə Türkiyə vətəndaşı Teymurla ailə qurdu. Onların bu evlilikdən bir övladı dünyaya gəlib. Kəmalə Qaramollayeva hazırda ikinci dəfə yəhudi iş adamı ilə evlənib. O son bir neçə ildir verilişlərə çıxır, mahnlar ifa edir. 

Müğənni Aysel Teymurzadə

2009-cu ildə Avroviziya Mahnı Müsabiqəsindən sonra ulduzu parıladayan sənətçi sənətini atıb ailə qurdu. O Xalq artisti Murad Adıgözlzadə ilə evləndi. 3 övladı olan məşhur digər həmkarları kimi sadəcə instaqram hesabını işlədirdi. Aysel uzun illərdən sonra nəhayət sənətə qayıtmağı düşünür. O bu yay "Dream Fest"də çıxış edəcək. 

Müğənni Aygün Mahmudova 

Aygün Mahmudova ailə həyatı qurmazdan əvvəl şou-biznesdə yeni-yeni irəliləməyə başlamışdı. Lakin o sənətini dondurub rejissor Kənan M.M-lə ailə qurdu. İfaçı müsahibələrindən birində onun sənətdən Kənan M.M-in uzaqlaşdırdığını etiraf edib. 

"Ailə həyatı qurdum. Kənan elə düşündü ki, sənətə həddindən artıq bağlana bilərəm. Olur da, insan elə fikirləşir ki, qadın ailədən çox, sənətə üstünlük verər. Ona görə də məni ailəyə bağladı, sənətdən uzaqlaşdırdı. "O ses Türkiye" müsabiqəsinə qatılanda buradakı sənət dostlarım mənə mesaj yazırdılar ki, Aygün, toy qiymətin artacaq, indi yarım saat üçün sənə 5 000 manat verəcəklər. Amma mən müsabiqədən sonra bunlara əhəmiyyət vermədim, ailə qurdum".

Kənanla Aygünün 3 övladı var.

Müğənni Aygün İsmayılova

Müğənni Aygün İsmayılova "Yeni ulduz" yarışması ilə tanındı. Güclü səs tembiri ilə seçilən ifaçı tez zamanda ailə quraraq Türkiyəyə gəlin köçdü. O bir neçə ilə əvvəl TV8 kanalında yayımlanan "O ses Türkiye" mahnı yarışmasında görüntüləndi. Bir müddət yarışmada iştirak etdi və dördüncü tura qədər irəlilədi. Daha sonra yarışmadan tamaşaçıların səsverməsi nəticəsində ayrıldı.  Hazırda Aygün İsmayılova Türkiyə vətəndaşı Haluk Mıyakla evlidir və orada yaşayırlar.        

Müğənni Leyla Ramazanlı                                                                                                                  

Leyla iddialı rəqsləri, super səhnə şouları və bir-birinin ardına çəkdirdiyi klipləri ilə şou-biznesə giriş etmişdi. Lakin o da digər həmkarları kimi uzun müddət bu sənətdə qalmadı. İfaçı 2019-cu ilin aprelində fotoqraf Kamran Aydınla ailə qurdu. Hazırda onun iki övladı var. 

Seçilən
14
50
far.az

10Mənbələr