Hip-hop janrının tanınmış simalarından olan reper Didiyə (Şon Kombs) qarşı yeni ittiham irəli sürülüb.
BAKU.WS xəbər verir ki, keçmiş model və aktrisa Edmond Lorent reperin ona təcavüz etdiyini deyib.
Bu səbəbdən o Didini məhkəməyə verərək ondan 10 milyon dollar təzminat tələb edir.
Hadisənin 2000-ci illərin sonlarında Los-Ancelesdəki bir ərazidə baş verdiyi bildirilib. Model ona edilən təcavüzdən sonra mədə xərçəngi də daxil olmaqla bir çox ciddi xəstəliklərə tutulub.