AZ

AFFA rəsmisi Çempionlar Liqasının oyununa təyinat aldı

AFFA-nın Uşaq və Gənclər üzrə Yarışların təşkili şöbəsinin baş mütəxəssisi Zümrüd Ağayeva UEFA-dan yeni təyinat alıb.
 
Moderator.az xəbər verir ki, o, Çempionlar Liqasının I təsnifat mərhələsində Belarusun "Dinamo Minsk" və Bolqarıstanın "Ludoqorets" komandaları arasında keçiriləcək cavab oyununun UEFA nümayəndəsi olacaq.
 
İyulun 16-da Macarıstanın Mezököveşd şəhərində oynanılacaq qarşılaşma Bakı vaxtı ilə saat 22:45-də başlayacaq.
 
Qeyd edək ki, komandaların ilk oyunu iyulun 9-da Bolqarıstanda keçiriləcək.
 
Seçilən
16
50
moderator.az

10Mənbələr