Moskvadan İrəvana uçan “Utair” aviaşirkətinin UT785 reysi 2 saatlıq uçuşdan sonra qalxdığı hava limanına qayıdıb.
"Bakuinfo" xəbər verir ki. bu barədə erməni mediası məlumat yayıb.
Bildirilib ki, təyyarə təxminən saat 21:00-da Vnukovodan havaya qalxıb. Havaya qalxdıqdan təxminən iki saat sonra ekipaj “uçuş məhdudiyyətlərini” əsas gətirərək Moskvaya qayıtdıqlarını elan edib.
Daha sonra isə aviaşirkətin əməkdaşı geriqayıdışı “təyyarədə problemlərlə” əlaqələndirib.