29 may 2025-ci il tarixində Bakı Fond Birjasının (BFB) Listinq Komitəsinin qərarı ilə "International Leasing" ASC-nin 1 milyon manatlıq istiqrazların ticarətə buraxılması üçün “Ticarətə İcazə” qərarı verilmişdir.
Bu barədə Birja məlumat yayıb.
Qeyd olunan qiymətli kağızların yerləşdirilməsi üzrə hərrac 10.07.2025-ci il tarixində keçiriləcəkdir.
İstiqrazlar üzrə məlumat aşağıdakı kimidir:
Emitentin adı: "International Leasing" ASC
Dövlət qeydiyyat nömrəsi – İSİN: AZ2002023235
İstiqrazların növü və forması: Faizli, təminatsız, sənədsiz, adlı istiqrazlar
Ticarət üsulu/forması: Kütləvi/ Birqiymətli Hərrac
İstiqrazların sayı: 1000 ədəd
İlkin ticarət qiyməti: 1000 manat
İstiqrazların buraxılış həcmi: 1000 000 manat
İllik gəlirlilik faizi: 18%
Ödəmə Periodu: İlk istiqrazın yerləşdirildiyi tarixdən etibarən, ildə günlərin sayı 360 (üç yüz altmış) olaraq götürməklə, hər 30 (otuz) gündən bir ödənişlər həyata keçiriləcəkdir
Tədavül müddəti: 2 il
Ticarətə buraxılma tarixi: 10.07.2025
Anderrayter: “Capital Partners İİnvestisiya Şirkəti” QSC