EN

Lizinq şirkəti illik 18% gəlir təklif edir - 1 MİLYON MANATLIQ İSTİQRAZ BURAXIŞLIŞI

29 may 2025-ci il tarixində Bakı Fond Birjasının (BFB) Listinq Komitəsinin qərarı ilə "International Leasing" ASC-nin 1 milyon manatlıq istiqrazların ticarətə buraxılması üçün “Ticarətə İcazə” qərarı verilmişdir.

Bu barədə Birja məlumat yayıb.

Qeyd olunan qiymətli kağızların yerləşdirilməsi üzrə hərrac 10.07.2025-ci il tarixində keçiriləcəkdir.

İstiqrazlar üzrə məlumat aşağıdakı kimidir:

Emitentin adı:  "International Leasing" ASC

Dövlət qeydiyyat nömrəsi – İSİN: AZ2002023235

İstiqrazların növü və forması:  Faizli, təminatsız, sənədsiz, adlı istiqrazlar

Ticarət üsulu/forması:  Kütləvi/ Birqiymətli Hərrac

İstiqrazların sayı:  1000 ədəd

İlkin ticarət qiyməti: 1000 manat

İstiqrazların buraxılış həcmi: 1000 000 manat

İllik gəlirlilik faizi: 18%

Ödəmə Periodu:  İlk istiqrazın yerləşdirildiyi tarixdən etibarən, ildə günlərin sayı 360 (üç yüz altmış) olaraq götürməklə, hər 30 (otuz) gündən bir ödənişlər həyata keçiriləcəkdir

Tədavül müddəti:  2 il

Ticarətə buraxılma tarixi:  10.07.2025

Anderrayter:  “Capital Partners İİnvestisiya Şirkəti” QSC

Chosen
15
3
marja.az

4Sources