Erməni işğalından azad edilmiş ərazilərdə ikinci mühüm layihə isə Xankəndi şəhərindəki tikiş fabrikidir. Yenə də özbək qardaşlarımızın sərmayələri və texnologiyaları sayəsində bu gün 200-dən çox insanın çalışdığı müəssisə yaradılıb və gələcəkdə orada çalışanların sayı dəfələrlə artacaq. Yəni bu, sosial infrastruktura, sənaye istehsalının yaradılmasına yardım göstərilməsi, eyni zamanda, əhalinin məşğulluğunun təmin edilməsidir. Biz buna görə çox minnətdarıq və bunu çox yüksək qiymətləndiririk".
Ciddi çağırışlarla üzləşdiyimiz bu günlərdə Özbəkistan Prezidentinin bu açıqlamasının nə anlam daşıdığı isə yəqin hər kəsə aydındır: " Bu gün biz danışıqlarda bütün məsələləri - beynəlxalq, regional, ikitərəfli, həssas məsələləri müzakirə etdik. Çünki bugünkü qeyri-sabit dünyada məsləhətləşmək, fikir mübadiləsi aparmaq lazımdır. Məmnuniyyətlə demək istəyirəm ki, ciddi məsələlər üzrə fikirlərimiz üst-üstə düşür. Biz bu fikirləri bütün platformalarda irəli aparacağıq, çünki bu gün birləşməli, Azərbaycan və Özbəkistan xalqları üçün vacib olan məsələləri həll etməliyik". Bəli, zaman birləşmək, problemləri birgə çözmək, çağırışların öhdəsindən çiyin-çiyinə gəlmək zamanıdır və bu təkcə Azərbaycanla Özbəkistan deyil, digər qardaş dövlətlər üçün də keçərlidir".
Alim
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31