AZ

Ukrayna Rusiyada daha bir zavoda zərbə endirdi

Rusiyanın Lipetsk vilayəti gecə saatlarında pilotsuz təyyarələrin hücumuna məruz qalıb.

Musavat.com Unian-a istinadən xəbər verir ki, zərbələrdən biri akkumulyatorlar istehsal edən “Enerjia” zavoduna endirilib.

Bölgənin qubernatoru İqor Artamonov “Yeletsdəki müəssisələrdən birinin dayanacağında pilotsuz təyyarənin düşməsindən sonra yanğın baş verdiyini” bildirib. Onun sözlərinə görə, ölən və xəsarət alan yoxdur, yaxınlıqdakı sexlərin işçiləri təxliyə edilib. İqor Artamonov müəssisənin adını çəkməyib, lakin Astra Telegram kanalının yerli sakinlərə istinadən yazdığına görə, söhbət PAO "Energia" zavodundan gedir.

Eyni zamanda Telegram kanalları PUA-nın zərbəsindən sonra zavodun ərazisində baş verən yanğının videosunu yayıb. Astra yazır ki, hadisə şahidlərinin görüntüləri göstərir ki, PUA-lardan biri zavodun yanındakı asfalta çırpılıb və müəssisənin özündə yanğın başlayıb. ASTRA kadrların geolokasiyasını təyin edib: foto və video həqiqətən də “Energia” zavodunun ərazisini, eləcə də onun əsas binasını göstərir. PAO Energia Rusiyada kimyəvi cərəyan mənbələri istehsal edən ən böyük müəssisədir. Zavod məişət, ümumi sənaye və xüsusi avadanlıqlar, xüsusən aviasiya, mülki çay və dəniz donanmaları, radiotexnika və s. üçün muxtar enerji mənbələrinin işlənib hazırlanması və istehsalı üzrə ixtisaslaşıb.

Musavat.com

Seçilən
10
37
musavat.com

10Mənbələr