AZ

“Ay Ay Ay” ah, ah, ah...

ain.az, Ses qazeti saytına istinadən bildirir.

Allah sənə rəhmət etsin, Molla Nəsrəddin. Haqq dünyasına qovuşub səndən sonra nələrin olduğundan xəbərsiz rahatca torpağında uyuyursan. Amma kaş ki, bir yolun buralara düşərdi, olanları, baş verənləri görərdin, nəzər salardın, qiymətini verib gedərdin. Görərdin ki, sən qoyub getdiyin yerlər deyil ta buralar. Nələr-nələr dəyişib, nə yeniliklər baş verib. Qısası, sən nə tövsiyə, öyüd-nəsihət etmişdinsə, gəlsən, onun tam əksini görərsən.

Dünən qarşıma bir mahnı çıxdı. Təptəzədir, hələ necə dəyərlər, gülü burnunda. Qulaq asdım, dedim görüm bu mahnıda nə deyilir, bu klipdə söhbət nədən gedir?

Baxdım, əslində sonadək baxdım, lakin ona görə baxdım ki, bəlkə bir şey anlayaram. Bəlkə yaradıcı heyətin nə demək istədiyini başa düşərəm. Bir də baxdım mahnı bitdi, lakin hələ mən bir məna anlamamışam. Təəssüf...

Mahnının musiqisini kim bəstələyib, bilmirəm, çünki ta bununla maraqlanmağa vaxt sərf etmədim. Sözlərini də eləcə, kimin yazdığını axtaracaq vaxtım yoxdur. Dedim mahnının sözlərinə bir nəzər salasınız, mən bir məna anlamadım, bəlkə sizlər anlayıb məni də başa salarsınız.

Dünya mənə aşiq, mən də sənə aşiq,

Milyonlar içində oldum sənə aşiq.

Dünya mənə aşiq, mən də sənə aşiq,

Mən onlar içində oldum sənə aşiq.

Yavaş-yavaş uçur gedir ağlım,

Sən olmusan mənim ürək ağrım.

Ay, ay, ay, heyif məndən

Aldım zərbələr səndən.

Yavaş-yavaş uçur gedir ağlım

Sən olmusan mənim ürək ağrım.

Ay, ay, ay, heyf səndən,

Alacaqsan zərbələr məndən.

Unutdum özümü, bir sənin üçün,

Bu sevgi yolunda sənsən mənim üçün,

Susdurmusan artıq bu dəli qəlbi,

Bu bəxtdir, ömürdür tək sənin üçün.

Yavaş-yavaş uçur gedir ağlım,

Sən olmusan mənim ürək ağrım.

Ay, ay, ay, heyf məndən,

Aldım zərbələr səndən.

Yavaş-yavaş uçur gedir ağlım,

Sən olmusan mənim ürək ağrım.

Ay, ay, ay, heyf səndən,

Alacaqsan zərbələr məndən.

Hə, bu qədər. Maraqlananlar bir klipə hökmən baxsın. Bir məna əxz etsələr, məni qınasınlar. Etməsələr, bu klipi ərsəyə gətirənləri qınasınlar.

Mənə bu “Ay Ay Ay” “Ah, ah, ah” təsiri fonunda heyf səndən, Azərbaycan musiqisi, heyf səndən, Azərbaycan şairi, bəstəkarı, heyf səndən, Azərbaycanın yaradıcı insanları təəssüfündən başqa bir hiss yaşatmadı.

Mətanət Məmmədova

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Seçilən
11
50
sesqazeti.az

10Mənbələr