AZ

“Bavariya”nın təklifinə “Liverpul”dan rədd cavabı

“Liverpul” futbolçusu Luis Diasla bağlı “Bavariya”nın təklifini rədd edib.

Msport.az xəbər verir ki, İngiltərə klubu 28 yaşlı vingeri satmaq niyyətində deyil.

Premyer Liqa çempionu kolumbiyalı oyunçunu növbəti mövsümdə də heyətində görmək istəyir.

Qeyd edək ki, Luis Dias 2024-25 mövsümündə “Liverpul”un heyətində 50 matçda 17 qol və 8 məhsuldar ötürmə ilə yadda qalıb.

Seçilən
10
47
msport.az

10Mənbələr