2 il ərzində "Barselona" ilə adı hallanan Niko Uilyams "Atletik" klubu ilə müqaviləni yenilədi.
Offsideplus.az xəbər verir ki, "Barselona"nın futbolçunu transferi lisenziyalaşdırma məsələlərinə görə baş tutmayıb. Bu barədə məşhur insayder Fabritsio Romano məlumat yayıb.
Bundan əlavə, bildirilir ki, klub rəhbərliyi futbolçunun bu addımından qəzəblənib. Kataloniya təmsilçisi bir daha Niko Uilyamsın transferi üçün təklif irəli sürməyəcək. İspan hücumçu üçün "Barselona" qapıları həmişəlik bağlanıb.
Qeyd edək ki, Niko "Atletik" ilə 2035-ci ilədəj müqavilə imzalayıb.