“Barselona”nın transfer etmək istədiyi Niko Uilyams “Atletik”də qalacaq.
Sportinfo.az xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb.
İspaniya millisinin üzvü ilə 2035-ci ilin yayına kimi nəzərdə tutulan müqavilə imzalanıb.
Niko Uilyams “Atletik”in yetirməsidir. 22 yaşlı vinger ötən mövsüm Bilbao təmsilçisinin heyətində keçirdiyi 45 oyunda 11 qol vurub, 7 qol ötürməsi edib.