Türkiyənin Ərzurum və Rize şəhərləri arasındakı ərazidə yüngül mühərrikli təyyarə qəzasında pilot Mehmet Demirci həlak olub.
7News.Az "TRT Haber"ə istinadən xəbər verir ki, xilasedicilər itkin hesab olunan iki nəfəri tapıblar.
Rize valisi İhsan Selim Baydaşın sözlərinə görə, pilot ölüb, sərnişin isə sağ qalıb.
O qeyd edib ki, qəza yerli vaxtla dünən saat 18:18 radələrində olsa da, təyyarə səhər saat 06:24 radələrində tapılıb.
02.07.2025 / 22:27
Türkiyədə təyyarə qəzası olub.
Bu barədə 7News.Az yerli mətbuata istinadən xəbər verir.
Məlumata görə, hadisə Bayburt-Ərzurum şəhərləri arasındakı ərazidə qeydə alınıb. Hadisə zamanı 2 nəfər itkin düşüb.
Əraziyə jandarm, xilasedicilər, təcili yardım maşınları cəlb olunub, axtarış-xilasetmə əməliyyatına başlayıb.
Yüngül mühərrikli təyyarənin qəzaya uğradığı ərazinin dəqiq müəyyən edilməsi üçün araşdırma aparılır.